"Sportinq"in futbolçusu: "Qarabağ" cinah ötürmələrinə bel bağlayan komandadır"

"Sportinq"in futbolçusu: "Qarabağ" cinah ötürmələrinə bel bağlayan komandadır" Bakı. 28 noyabr. REPORT.AZ/ Sportinq yaxşı vəziyyətdədir. Sabah bizi çətin oyun gözləyir.
Futbol
28 Noyabr , 2018 20:54
Sportinqin futbolçusu: Qarabağ cinah ötürmələrinə bel bağlayan komandadır

Bakı. 28 noyabr. REPORT.AZ/ "Sportinq" yaxşı vəziyyətdədir. Sabah bizi çətin oyun gözləyir".

"Report" xəbər verir ki, bu fikirləri Portuqaliya "Sportinq"inin futbolçusu Andrea Pintu Bakıda "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının V tur matçından əvvəl mətbuat konfransında deyib. 

29 yaşlı müdafiəçi bildirib ki, sabahkı oyunda fərqli "Qarabağ" gözləmirlər: "Eyni oyun fəlsəfəsinə malikdirlər. Cinah ötürmələrinə bel bağlayan və topa nəzarət etməyi sevən komandadır".

Pintu itkilərə rəğmən, qələbə qazanmağa qadir olduqlarını da əlavə edib: "Sportinq" böyük komandadır. İtkilərdən çıxış yolları var. Buraya gələn oyunçularla qalib gəlmək imkanımız var".

Təcrübəli oyunçu özünün meydana çıxmasının baş məşqçi Marsel Kayzerin qərarından asılı olacağını əlavə edib: "Bu barədə baş məşqçi qərar verəcək. Oyunçuların üzərinə çox böyük məsuliyyət düşür. Onlar çalışmalıdırlar ki, məşqdə öyrəndiklərini oyunda tətbiq etsinlər.

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi