"Sportinq"in futbolçusu güllə yarası aldı

"Sportinq"in futbolçusu güllə yarası aldı Portuqaliyanın "Sportinq" klubununun gənclərdən ibarət komandasının futbolçusu Brunu Tavares sinəsindən güllə yarası alıb.
Futbol
643
10 Noyabr , 2020 20:36
Sportinqin futbolçusu güllə yarası aldı
Brunu Tavares

Portuqaliyanın "Sportinq" klubunun gənclərdən ibarət komandasının futbolçusu Brunu Tavares sinəsindən güllə yarası alıb.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisinin 18 yaşlı hücumçusu xəstəxanaya yerləşdirilib.

Mənbənin dediyinə görə, hadisə qəza nəticəsində baş verib. Tavaresin dostları avtomobildə tapança ilə zarafat ediblər və səhvən atəş açılıb.

Futbolçu yaxınlıqdakı xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. O, hazırda həkimlərin nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi