"Sportinq"in futbolçusu: "Bu matçda favorit olduğumuzu düşünmək düzgün olmaz"

"Sportinq"in futbolçusu: "Bu matçda favorit olduğumuzu düşünmək düzgün olmaz" Bakı. 19 sentyabr. REPORT.AZ/ Futbolda asan rəqib yoxdur. Hər zaman sürpriz nəticələr olub.
Futbol
19 Sentyabr , 2018 18:35
Sportinqin futbolçusu: Bu matçda favorit olduğumuzu düşünmək düzgün olmaz

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Futbolda asan rəqib yoxdur. Hər zaman sürpriz nəticələr olub.

"Report" "A Bola"ya istinadən xəbər verir ki, bunu Portuqaliya "Sportinq"inin futbolçusu Sebastyan Koates Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la oyun barədə danışarkən deyib.

28 yaşlı müdafiəçi "Qarabağ"la matça köklənməli olduqlarını bildirib: "Öz oyunumuzu oynamalı və rəqiblərimizdən hər zaman ən yaxşısını gözləməliyik. "Bizim bu matçda favorit olduğumuzu düşünmək düzgün olmaz".

Uruqvaylı oyunçu sabahkı matça yaxşı hazırlaşdıqlarını vurğulayıb: "Qələbə qazanmaq və yaxşı oyun sərgiləmək niyyətindəyik. Doğma meydanda güclü olmaq məcburiyyətindəyik. Evdə hər oyunu qazanmaq möhtəşəm olardı".

Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi