Sponsoru Fransa klubunu maliyyələşdirməkdən imtina etdi

Sponsoru Fransa klubunu maliyyələşdirməkdən imtina etdi Fransanın "Bordo" komandası maliyyə çətinliyi ilə üzləşib
Futbol
144
22 Aprel , 2021 23:01
Sponsoru Fransa klubunu maliyyələşdirməkdən imtina etdi

Fransanın "Bordo" komandası maliyyə çətinliyi ilə üzləşib.

"Report"un məlumatına görə, bu barədə Liqa 1 təmsilçisinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, "Bordo"nun sahibi olan "King Street" şirkəti artıq kluba maddi dəstək vermək istəmir. Bu hadisədən sonra klubun prezidenti kommersiya məhkəməsinə müraciət edib.

Vəziyyətdən çıxış yolu tapmaq üçün kluba xüsusi nümayəndə təyin edilib.

Xatırladaq ki, "Bordo" 33 turdan sonra 36 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi