"Sperantsa"nın baş məşqçisi: "Neftçi"nin hücum xətti təhlükəlidir

"Sperantsa"nın baş məşqçisi: "Neftçi"nin hücum xətti təhlükəlidir Bizim üçün vacib oyundur. İlk dəfədir ki, avrokuboklarda çıxış edəcəyik. Ciddi hazırlaşmışıq. Gücümüzü göstərməyə çalışacağıq.
Futbol
10 İyul , 2019 21:11
Sperantsanın baş məşqçisi: Neftçinin hücum xətti təhlükəlidir

"Bizim üçün vacib oyundur. İlk dəfədir ki, avrokuboklarda çıxış edəcəyik. Ciddi hazırlaşmışıq. Gücümüzü göstərməyə çalışacağıq".

"Report"un Moldovanın paytaxtı Kişinyova ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri "Sperantsa"nın baş məşqçisi Kristian Efros Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda qarşılaşacaqları "Neftçi" ilə matçdan öncə mətbuat konfransında deyib.

O bildirib ki, "Neftçi"nin hücum xətti təhlükəlidir: "Əsasən bundan qorxmalıyıq. Rəqibin müdafiəsindəki zəif cəhətlərdən istifadə etməliyik. Hər bir matçda özümüzü favorit sayırıq. Hətta "Real Madrid"lə görüşsək də...".

Efros "Neftçi"nin qalib gəlməsini gözlənilməz adlandırıb. O, əsasən öz komandası ilə bağlı sualların verilməsini istəyib. Mütəxəssis "Neftçi"nin baş məşqçisi Roberto Bordin barədə də danışıb: "Onun işlədiyi "Şerif"lə "Neftçi"nin oxşar cəhətləri var. Baş məşqçinin öz mentaliteti mövcuddur. Onun barədə hər şeyi yaxşı bilirik. Bordin də bizi tanıyır. Hər ikimiz eyni vəziyyətdəyik".

Moldovalı məşqçi "Neftçi"nin forvardı Baqali Dabonun oynamamasına da toxunub: "Onun olmaması üstünlük ola da bilər, olmaya da bilər".

Qeyd edək ki, "Sperantsa" - "Neftçi" matçı iyulun 11-də, Bakı vaxtı ilə saat 21:00-da "Zimbru" stadionunda başlayacaq.

Son xəbərlər

Orphus sistemi