"Sperantsa" - "Neftçi" görüşünün stadionu da dəyişdirilib

"Sperantsa" - "Neftçi" görüşünün stadionu da dəyişdirilib Neftçinin Moldovada Sperantsa komandası ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.
Futbol
19 İyun , 2019 10:27
Sperantsa - Neftçi görüşünün stadionu da dəyişdirilib

"Neftçi"nin Moldovada "Sperantsa" komandası ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.

"Report"un məlumatına görə, bu qarşılaşma iyulun 11-də Kişinyovdakı "Zimbru" stadionunda təşkil olunacaq. Nisporenı klubunun rəhbərliyi öncədən görüş üçün Orgeyevdəki idman kompleksini sifariş etmişdi. Lakin "Petrokub"un ilk görüşünü səfərdə keçirməsinə dair UEFA-nın qərarından sonra "Sperantsa" paytaxt stadionunda oynamağa qərar verib.

Qeyd edək ki, cavab görüşü iyulun 18-də "Bakcell Arena"da olacaq.   

Son xəbərlər

Orphus sistemi