"Spartak" - "Napoli" matçının neytral meydanda keçirilməsi təklif olunub

"Spartak" - "Napoli" matçının neytral meydanda keçirilməsi təklif olunub İtaliyanın "Napoli" klubunun prezidenti Aurelio De Laurentis UEFA-ya müraciət ünvanlayıb.
Futbol
1264
21 Noyabr , 2021 13:20
Spartak - Napoli matçının neytral meydanda keçirilməsi təklif olunub

İtaliyanın "Napoli" klubunun prezidenti Aurelio De Laurentis UEFA-ya müraciət ünvanlayıb.

"Report" "AreaNapoli" nəşrinə istinadən xəbər verir ki, funksioner Rusiyanın "Spartak" (Moskva) komandasına qarşı UEFA Avropa Liqasının qrup oyununun neytral meydanda keçirilməsini təklif edib.

Laurentis bunu Moskvada koronavirusla bağlı çətin vəziyyətlə əlaqələndirib: "Səfər oyununa görə narahatam, müəyyən qorxular var. UEFA-dan daha çox təhlükəsizliyi təmin edəcək bir həll yolu tapmasını xahiş etdim. Qarşılaşmanı neytral meydanda keçirmək olardı. Fikrim nəzərə alındı, lakin həyata keçirilmədi".

Qeyd edək ki, "Spartak" - "Napoli" görüşü noyabrın 24-də oynanılacaq.

Son xəbərlər

Orphus sistemi