"Spartak" klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb

"Spartak" klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb İtaliyalı mütəxəssisin anlaşması daha bir il qüvvədə olacaq
Futbol
6 İyun , 2017 18:02
Spartak klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb

Bakı. 6 iyun. REPORT.AZ/ Rusiya "Spartak"ı baş məşqçi Massimo Karrera ilə müqavilə müddətini 2 il uzadıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssisin 30 iyun 2018-ci ilədək nəzərdə tutulan əmək müqaviləsinin müddəti növbəti il də qüvvədə olacaq.

Karrera "Spartak"a 2016-cı ilin avqustunda baş məşqçi təyin olunub. O, Dmitri Aleniçevi əvəzləyib. 53 yaşlı mütəxəssisin rəhbərliyi altında "qırmızı-ağlar" 2001-ci ildən sonra ilk dəfə Rusiya çempionu olaraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar. 

Son xəbərlər

Orphus sistemi