"Spartak" klubu ABŞ vətəndaşının burnunu qıran azərbaycanlı futbolçusunu əfv edib

"Spartak" klubu ABŞ vətəndaşının burnunu qıran azərbaycanlı futbolçusunu əfv edib Rusiyanın Spartak klubu Moskvada ABŞ vətəndaşının burnunu qıran futbolçusu Ayaz Quliyevi əfv edib.
Futbol
18 Aprel , 2019 10:23
Spartak klubu ABŞ vətəndaşının burnunu qıran azərbaycanlı futbolçusunu əfv edib

Rusiyanın "Spartak" klubu Moskvada ABŞ vətəndaşının burnunu qıran futbolçusu Ayaz Quliyevi əfv edib.

"Report"un çempionat.com"a istinadən verdiyi məlumata görə, əslən azərbaycanlı yarımmüdafiəçi üzr istədikdən sonra əsas komanda ilə kollektiv məşqlərə qoşulub.

Quliyev aprelin 11-də baş vermiş insidentlə əlaqədar cəzalandırılıb. O, avtomobil sükanı arxasında olduğu vaxt işıqforun qırmızı işığında yolu keçərək, piyadaların hərəkətinə mane olub. Nəticədə maşın həmin vaxt yolu keçən ABŞ vətəndaşına dəyib. Üstəlik, futbolçu avtomobildən düşərək piyada ilə dalaşıb və burnunu qırıb.

"Spartak" rəhbərliyi Quliyevi əsas komandadan kənarlaşdırmaqla yanaşı, 5 milyon rubl məbləğində cəriməyə məruz qoyub. Bundan sonra futbolçu və ABŞ vətəndaşı görüşüb. Onlar Dağıstan və Moskvadakı xeyriyyə fondlarına böyük məbləğdə pul köçürməyi qərara alıblar.

Son xəbərlər

Orphus sistemi