"Spartak" "Çelsi"nin futbolçusunu heyətinə qatdı

"Spartak" "Çelsi"nin futbolçusunu heyətinə qatdı İngiltərənin "Çelsi" klubunun futbolçusu Viktor Mozes Rusiya "Spartak"ına keçib.
Futbol
15 Oktyabr , 2020 23:15
Spartak Çelsinin futbolçusunu heyətinə qatdı
Viktor Mozes

İngiltərənin "Çelsi" klubunun futbolçusu Viktor Mozes Rusiya "Spartak"ına keçib.

"Report"un Moskva təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, nigeriyalı yarımmüdafiəçi sonradan birdəfəlik alına bilməsi şərti ilə cari mövsümün sonunadək icarəyə götürülüb.

Ötən mövsüm Viktor Mozes icarə əsasında İtaliya "İnter"inin formasını geyinib. 29 yaşlı xavbek bütün turnirlərdə 17 oyunun iştirakçısı olub. O, daha əvvəl "Kristal Pelas", "Liverpul", "Vest Hem", Türkiyə "Fənərbağça"sı və digər komandalarda çıxış edib. Mozes 2012 - 2018-ci illərdə Nigeriya yığmasına çağırılıb.

Son xəbərlər

Orphus sistemi