Şotlandiyada "Qarabağ"ın oyunu ilə əlaqədar 65 yaşlı kişi həbs olunub

Şotlandiyada "Qarabağ"ın oyunu ilə əlaqədar 65 yaşlı kişi həbs olunub Şotlandiyada Aberdin" və "Qarabağ" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ilə əlaqədar 65 yaşlı azarkeş həbs olunub.
Futbol
329
25 Noyabr , 2021 14:04
Şotlandiyada Qarabağın oyunu ilə əlaqədar 65 yaşlı kişi həbs olunub

Şotlandiyada Aberdin" və "Qarabağ" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ilə əlaqədar 65 yaşlı azarkeş həbs olunub.

"Report"un yerli polisə istinadən məlumatına görə, həmin şəxs "Pittordi" stadionunda 26 yaşlı gəncə hücumda ittiham olunur. İnsident avqustun 26-da görüşün ilk hissəsinin ortalarında baş verib.

Adı açıqlanmayan yaşlı şəxsin məhkəməsi yaxın vaxtlarda olacaq.

Polis araşdırmanın yekunlaşmasında kömək göstərənlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, "Qarabağ" "Aberdin"ə ilk matçda 1:0, səfərdə 3:1 hesabı ilə qalib gələrək, qrup mərhələsinə yüksəlib.

Son xəbərlər

Orphus sistemi