Şotlandiya millisində koronavirus aşkarlandı

Şotlandiya millisində koronavirus aşkarlandı Şotlandiya milli komandasının futbolçusu Billi Gilmorun koronavirus testi müsbət nəticə verib.
Futbol
21 İyun , 2021 14:08
Şotlandiya millisində koronavirus aşkarlandı
Billi Gilmor

Şotlandiya milli komandasının futbolçusu Billi Gilmorun koronavirus testi müsbət nəticə verib.

"Report"un Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi 10 günlük karantinə alınıb. O, komandasının iyunun 22-də Qlazqoda Xorvatiyaya qarşı keçirəcəyi matçı buraxmalı olacaq. Gilmorda COVID-19 virusunun nə zaman aşkarlandığı açıqlanmır.

Qeyd edək ki, iki turdan sonra Şotlandiya yığması 1 xalla 4-cü yerdə gedir.

Son xəbərlər

Orphus sistemi