Şotlandiya klubunun bir neçə futbolçusu koronavirusa yoluxub

Şotlandiya klubunun bir neçə futbolçusu koronavirusa yoluxub Şotlandiyanın "Reyncers" klubunun bir neçə futbolçusunda koronavirus aşkarlanıb.
Futbol
25 Avqust , 2021 09:52
Şotlandiya klubunun bir neçə futbolçusu koronavirusa yoluxub

Şotlandiyanın "Reyncers" klubunun bir neçə futbolçusunda koronavirus aşkarlanıb.

"Report" Qlazqo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, testi müsbət çıxmış oyunçular və onlarla təmasda olanlar karantinə alınıb.

"Reyncers" infeksiya aşkarlanan şəxslərin sayını və adlarını açıqlamayıb.

Qeyd edək ki, komanda avqustun 26-da Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Ermənistanda "Alaşkert"lə üz-üzə gələcək. Şotlandiya klubu evdəki ilk matçda minimal hesablı qələbə qazanıb - 1:0.

Son xəbərlər

Orphus sistemi