Şota Arveladze çempion olduqdan sonra istefa verdi

Şota Arveladze çempion olduqdan sonra istefa verdi Özbəkistanın "Paxtakor" komandası baş məşqçisi Şota Arveladze ilə yollarını ayırıb.
Futbol
23 dekabr 2020 08:40
Şota Arveladze çempion olduqdan sonra istefa verdi
Şota Arveladze

Özbəkistanın "Paxtakor" komandası baş məşqçisi Şota Arveladze ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə 47 yaşlı mütəxəssis sosial şəbəkə hesabından paylaşım edib.

Gürcüstanlı baş məşqçi 3 ildən sonra ayrılmaq qərarına gəldiyini yazıb: "Mənim üçün həyəcanlı, gözəl və uğurlu dövr idi. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, 2017-ci ildən "Paxtakor"da işləyən Şota Arzeladze 2019 və 2020 mövsümündə Özbəkistan Super Liqasının qalibi olub. O, daha əvvəl Niderlandda AZ, Türkiyədə "Kayserispor", "Kasımpaşa" və "Trabzonspor"a rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi