SOCAR “Trabzonspor”un yeni stadionuna sponsor olması ilə bağlı məlumatları təkzib edib

SOCAR “Trabzonspor”un yeni stadionuna sponsor olması ilə bağlı məlumatları təkzib edib “Şirkətin ümumiyyətlə belə bir planı yoxdur”
Futbol
23 Avqust , 2016 14:35
SOCAR “Trabzonspor”un yeni stadionuna sponsor olması ilə bağlı məlumatları təkzib edib

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Trabzonspor”un yeni stadionuna rəsmi sponsor olacağı ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə “Report”a “SOCAR Turkey”dən məlumat verilib.

“SOCAR-ın Türkiyədə hər hansı stadiona sponsor olacağı xəbəri həqiqətdən uzaqdır, şirkətin ümumiyyətlə belə bir planı yoxdur”, - “SOCAR Turkey”dən bildirilib.

Qeyd edək ki, Türkiyə və Azərbaycanın bir sıra KİV-lərində Trabzonda inşa edilən “Akyazı” stadionuna sponsor qismində SOCAR-ın da cəlb olunduğu barədə xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi