Sloveniyanın baş naziri UEFA prezidentini sərt tənqid etdi

Sloveniyanın baş naziri UEFA prezidentini sərt tənqid etdi Sloveniyanın baş naziri Yanez Yanşa UEFA prezidenti Aleksandr Çeferinə sərt formada cavab verib.
Futbol
12 Aprel , 2020 00:51
Sloveniyanın baş naziri UEFA prezidentini sərt tənqid etdi

Sloveniyanın baş naziri Yanez Yanşa UEFA prezidenti Aleksandr Çeferinə sərt formada cavab verib. 

"Report"un məlumatına görə, Yanşa həmyerlisi olan Avropa futbol qurumunu pula hərislikdə ittihat edib. 

Daha əvvəl Çeferin ölkəsində hökumətin koronavirus pandemiyası ilə mübarizədə lazımınca tədbirlər görmədiyini bildirib. Sloveniyalı baş nazir isə məhz İtaliya ilə İspaniyadakı konsert və futbol matçları üzündən virusun Avropaya sürətlə yayıldığını açıqlayıb: "Bunun nəticəsidir ki, onlarla insan ölür və öləcək. Bir sıra konsert və oyunlar pula hərislik üzündən ləğv olunmadı. Bu, hətta Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdikdən sonra da səngimədi". 

Yanşa İtaliya "Atalanta"sı ilə İspaniya "Valensiya"sı arasında fevralın 19-da Milandakı "San Siro" stadionunda keçirilmiş Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu bioloji bomba adlandırıb: "Bu matçın təşkili məsuliyyətsiz addım və cinayət idi. Xəbərdarlıqlar kifayət etmədi ki, UEFA yarışları dayandırsın. Onlar yalnız pulun qayğısına qalırlar". 

Qeyd edək ki, "Atalanta" "Valensiya"nı səfərdə 4:3, evdə isə 4:1 hesabı ilə yenərək, 1/4 finala yüksəlib.  

Son xəbərlər

Orphus sistemi