Sloveniyalı futbolçu: "Qarabağ"la dueldə uğura inanmalıyıq"

Sloveniyalı futbolçu: "Qarabağ"la dueldə uğura inanmalıyıq" Bakı. 12 iyul. REPORT.AZ/ “Planımız “Qarabağ”a yüksək səviyyədə təzyiq göstərmək idi. Fikrimcə, bunu edə bildik. Bizim istifadə etməli olduğumuz 2-3 qol şansımız yarandı. Xüsusən də, ilk hissədə İssa Abassın epizoduna görə təəssüflənməliyik. Bu cür oyunlarda belə imkanları xərcləməməlisiniz”.
Futbol
12 İyul , 2018 14:26
Sloveniyalı futbolçu: Qarabağla dueldə uğura inanmalıyıq

Bakı. 12 iyul. REPORT.AZ/ “Planımız “Qarabağ”a yüksək səviyyədə təzyiq göstərmək idi. Fikrimcə, bunu edə bildik. Bizim istifadə etməli olduğumuz 2-3 qol şansımız yarandı. Xüsusən də, ilk hissədə İssa Abassın epizoduna görə təəssüflənməliyik. Bu cür oyunlarda belə imkanları xərcləməməlisiniz”.

“Report”un məlumatına görə, bunu Sloveniyanın “Olimpiya” komandasının futbolçusu Rok Kronaveter Çempionlar Liqasının I təsnifat mərhələsinin evdə keçirdikləri ilk oyununda “Qarabağ”a 0:1 hesablı məğlubiyyəti şərh edərkən deyib.

Sloveniya millisinin 32 yaşlı yarımmüdafiəçisi Lyublyanada baş tutan ilk görüşdə uduzmalarına rəğmən, cavab matçında uğur qazanacaqlarına inandığını söyləyib: “Rəqibin oyununu gördük. Biz daha konkret olmalı və çox hücum etməliyik. Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş keyfiyyətli komandaya qarşı oynadıq. Bakıda daha çox təhlükəli olmağa və lazımı nəticə qazanmağa çalışacağıq. Hələ hər şey itirilməyib. Baş məşqçi dedi ki, başınızı dik tutun, döyüş hələ başa çatmayıb. Bu, hələ duelin yarısıdır. Uğura inanmalıyıq. Bunu edə bilərik. Qırmızı vərəqə alan İssa Abassız çətin olacaq. Amma baş məşqçi ona əvəzləyici tapacaq. Nə qədər ki, sağıq, qələbəyə inanacağıq”.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi