Sloveniya millisinin baş məşqçisi: "Azərbaycanla oyun vacibdir"

Sloveniya millisinin baş məşqçisi: "Azərbaycanla oyun vacibdir" "Hazırda olduğumuz vəziyyəti yaxşılaşdırmalıyıq. Noyabrdakı matçlar bizim üçün yaxşı fürsətdir. Azərbaycana qarşı yoldaşlıq matçı irəliyə addım baxımından vacibdir".
Futbol
556
2 Noyabr , 2020 17:16
Sloveniya millisinin baş məşqçisi: Azərbaycanla oyun vacibdir
Matyaj Kek

"Hazırkı vəziyyətimizi yaxşılaşdırmalıyıq. Noyabrdakı matçlar bizim üçün yaxşı fürsətdir. Azərbaycana qarşı yoldaşlıq görüşü irəliyə addım baxımından vacibdir".

"Report"un məlumatına görə, bu fikirləri Sloveniya millisinin baş məşqçisi Matyaj Kek yerli federasiyanın rəsmi saytına açıqlamasında Azərbaycanla keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.

59 yaşlı mütəxəssis bildirib ki, qarşıda 3 matç olduğu üçün geniş heyətə ehtiyac var: "Bu, keyfiyyətli oyunu təmin etmək üçün çox vacibdir. Sürətli hücumlar zamanı hər şey qaydasında olur. Tempi aşağı saldıqda isə problem yaşanır".

Qeyd edək ki, noyabrın 11-də keçiriləcək Sloveniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi