Sloveniya - Azərbaycan oyununun hakimləri açıqlandı

Sloveniya - Azərbaycan oyununun hakimləri açıqlandı Azərbaycan millisinin Sloveniya ilə keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.
Futbol
9 Noyabr , 2020 12:35
Sloveniya - Azərbaycan oyununun hakimləri açıqlandı

Azərbaycan millisinin Sloveniya ilə keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.

"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Referi Ferents Karakoya Peter Kubor və İştvan Albert köməklik göstərəcəklər. 4-cü hakim funksiyasını isə sloveniyalı Devid Smayts yerinə yetirəcək.

Karako daha əvvəl də Azərbaycan yığmalarının oyunlarına təyinat alıb. 37 yaşlı referi 2017-ci ildə əsas millinin Qətərə 2:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq matçını idarə edib. O, 2018-ci ildə isə U-19 yığmasının Avropa çempionatının seçmə mərhələsində Kipr (1:2) və Serbiya (1:4) ilə matçlarında ədaləti qoruyub.

Qeyd edək ki, noyabrın 11-də baş tutacaq Sloveniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi