Slovakiya millisinin hücumçusu Azərbaycan yığması ilə matçda iştirak etməyəcək

Slovakiya millisinin hücumçusu Azərbaycan yığması ilə matçda iştirak etməyəcək Bakı. 28 fevral. REPORT.AZ/ Slovakiya milli komandasının futbolçusu Adam Zrelyak Bakıda Azərbaycan yığması ilə AVRO-2020-nin seçmə oyununda iştirak edə bilməyəcək.
Futbol
28 Fevral , 2019 12:19
Slovakiya millisinin hücumçusu Azərbaycan yığması ilə matçda iştirak etməyəcək

Bakı. 28 fevral. REPORT.AZ/ Slovakiya milli komandasının futbolçusu Adam Zrelyak Bakıda Azərbaycan yığması ilə AVRO-2020-nin seçmə oyununda iştirak edə bilməyəcək. 

"Report" Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu zədə səbəbindən 4-6 ay yaşıl meydanlardan kənarda qalaq.

Almaniyanın "Nürnberq" klubunda çıxış edən forvard zədələndiyi üçün üzüldüyünü vurğulayıb: "Hər şey qaydasında olarsa, 4 ay içində sağala və 6 ay sonra yenidən futbol oynaya bilərəm. Mən bir döyüşçüyəm, daha güclü şəkildə geri qayıdacağam". 

Zrelyak klubun son məşqində xəsarət alıb. Onun xaçabənzər bağlarının qırıldığı müəyyənləşib. 

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində Slovakiya ilə yanaşı, Xorvatiya, Macarıstan, Uelslə birlikdə E qrupunda mübarizə aparacaq. Yığma Slovakiya ilə ilk oyunu iyunun 11-də evdə, növbəti matçı isə noyabrın 19-da səfərdə keçirəcək. 

Son xəbərlər

Orphus sistemi