Slovakiyalı qapıçı: "Matçın sonlarında Azərbaycan futbolçuları narahat idi"

Slovakiyalı qapıçı: "Matçın sonlarında Azərbaycan futbolçuları narahat idi" "İkinci hissədə xoşagəlməz məqam oldu. Rəqib aramsız hücumçular edirdi. Oyunçular canlı səddin arasından topu buraxdılar və düz qapının yanında idi. Həmin zərbə qapıya tərəf gəlirdi və mənim üçün fərqi yox idi".
Futbol
9 Oktyabr , 2020 12:13
Slovakiyalı qapıçı: Matçın sonlarında Azərbaycan futbolçuları narahat idi
David Şipoş

"İkinci hissədə xoşagəlməz məqam oldu. Rəqib aramsız hücumçular edirdi. İlk yarıda isə onların bir neçə cəhdinin qarşısını aldıq".

"Report" xəbər verir ki, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Slovakiya yığmasının qapıçısı David Şipoş Azərbaycanı məğlub etdikləri Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.

22 yaşlı qolkiper buraxdığı qolu belə şərh edib: "Standart vəziyyətdə kimin topu oyuna daxil edəcəyini bilmirdim. Sağ və ya sol ayaqlı oyunçu ola bilərdi. Rəqib cərimə meydançasına ideal asma etdi. Topu qapı xəttinin arxasına göndərdilər".

Şipoş uzatma dəqiqələrində vurduqları qolu isə belə şərh edib: "Oyunun sonlarında Azərbaycan komandası narahat idi. Əlavə edilmiş vaxtda lazımi topu vurduq və onları məğlub etdiyimiz üçün xoşbəxtiq".

Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan yığması AVRO-2021-in final mərhələsinə yüksəlmək şansını itirib. Görüşdə ikinci qolu Azərbaycan millisi standart vəziyyətdən vurub. Tural Bayramovun ötürməsini Mertç Çelik qapıdan keçirib. 

Son xəbərlər

Orphus sistemi