Slovakiya yığmasının baş məşqçisi istefa verib

Slovakiya yığmasının baş məşqçisi istefa verib Bakı. 15 oktyabr. REPORT.AZ/ Yan Kozak futbol üzrə Slovakiya milli komandasının baş məşqçi postundan istefa verib.
Futbol
15 Oktyabr , 2018 09:56
Slovakiya yığmasının baş məşqçisi istefa verib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Yan Kozak futbol üzrə Slovakiya milli komandasının baş məşqçi postundan istefa verib.

"Report"un məlumatına görə, Slovakiya Futbol İttifaqı 64 yaşlı mütəxəssisin ərizəsini qəbul edib. Qərara UEFA Millətlər Liqasında iki oyundan sonra yığmanın xal üzünə həsrət qalması səbəb olub. Son matçında Slovakiya Çexiyaya uduzub - 1:2.

Slovakiya millisini oktyabrın 16-da İsveçlə nəzərdə tutulan yoldaşlıq görüşünə köməkçisi Ştefan Tarkoviç çıxaracaq. Noyabrın 16-da Ukrayna ilə keçirəcəyi Millətlər Liqası qarşılaşmasınadək isə komandaya yeni baş məşqçi rəhbərlik edəcək.

Qeyd edək ki, Yan Kozak Slovakiya yığmasına 2013-cü ilin yayından rəhbərlik edib. Onun millidə ən böyük nailiyyəti 2016-cı il Avropa çempionatının 1/8 finalına vəsiqə olub. 

Son xəbərlər

Orphus sistemi