Bakı. 6 noyabr. REPORT.AZ/ İngiltərənin “Vest Hem” komandasının baş məşqçisi Slaven Biliç istefaya göndərilib.
“Report” London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis uğursuz nəticələrlə əlaqədar postundan kənarlaşdırılıb. Xorvatiyalı baş məşqçi ilə yanaşı, 4 köməkçisinin də xidmətinə ehtiyac duyulmayıb.
Qeyd edək ki, Slaven Biliç 2015-ci ilin iyunundan “Vest Hem”ə rəhbərlik edirdi. Paytaxt komandası İngiltərə Premyer Liqasında 11 turdan sonra 9 xalla 18-ci pillədə qərarlaşıb.