Slaven Biliç İngiltərə klubuna baş məşqçi təyin olunub

Slaven Biliç İngiltərə klubuna baş məşqçi təyin olunub Xorvatiya millisinin sabiq baş məşqçisi Slaven Biliç İngiltərənin Vest Bromviç komandasının sükanı arxasına keçib.
Futbol
13 iyun 2019 19:34
Slaven Biliç İngiltərə klubuna baş məşqçi təyin olunub

Xorvatiya millisinin sabiq baş məşqçisi Slaven Biliç İngiltərənin "Vest Bromviç" komandasının sükanı arxasına keçib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 50 yaşlı mütəxəssis2 illik müqavilə bağlanılıb.

Biliç yeni təyinatını belə şərh edib: "Əlbəttə, mənə belə imkan yaradıldığı üçün şadam. Biz təkmilləşmək, meydanda inkişafa nail olmaq istəyirik. "Vest Bromviç" məni Premyer Liqaya qayıtmaq istədiyinə əmin etdi. Klubun qısa və uzunmüddətli layihələri var, onlar da bir-biriləri ilə ziddiyyət təşkil etmir".

Qeyd edək ki, Slaven Biliç əvvəllər Xorvatiyanın "Hayduk", U-21 yığması, Rusiyanın "Lokomotiv" (Moskva), Türkiyənin "Beşiktaş", İngiltərənin "Vest Hem" və Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandalarına da rəhbərlik edib. "Vest Bromviç" ötən mövsüm Çempionşipi 4-cü pillədə başa vursa da, "pley-off"da "Aston Villa"ya 2 oyunun yekununda (1:2, 1:1) uduzaraq, Premyer Liqaya yüksələ bilməyib. 

Son xəbərlər

Orphus sistemi