Bolqarıstanlı futbolçu: "Qarabağ"da xoşbəxtəm, özümü daha rahat hiss edirəm"

Bolqarıstanlı futbolçu: "Qarabağ"da xoşbəxtəm, özümü daha rahat hiss edirəm" Bakı. 29 yanvar. REPORT.AZ/ “İndi özümü daha rahat hiss edirəm. Bir klubla uzunmüddətli müqavilənin olması hər zaman xoşdur”.
Futbol
29 Yanvar , 2019 10:45
Bolqarıstanlı futbolçu: Qarabağda xoşbəxtəm, özümü daha rahat hiss edirəm

Bakı. 29 yanvar. REPORT.AZ/ “İndi özümü daha rahat hiss edirəm. Bir klubla uzunmüddətli müqavilənin olması hər zaman xoşdur”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Simeon Slavçev “Kanal3”ə müsahibəsində deyib. 26 yaşlı bolqarıstanlı yarımmüdafiəçi həmyerliləri ilə söhbətində ötən ilin iyulunda 3 illik müqavilə bağladığı Ağdam təmsilçisi barədə xoş sözlər söyləyib: “Bu cür sözləşmə olanda həyəcan keçirmirsiniz. “Qarabağ”da xoşbəxtəm. Avropada böyük hədəfləri olan komandada oynamaq istəyirdim. “Sportinq”də karyeramın alınmamasına görə özüm günahkaram. Əvvəllər başqalarını günahlandırırdım. Amma indi öz səhvlərimi görməyə başlamışam”.

Qeyd edək ki, Simeon Slavçev Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında 6 oyunda meydana çıxıb və 1 qol vurub. O, həmçinin avrokuboklarda 13 matçda forma geyinib və 2 dəfə sarı vərəqə görüb.

Son xəbərlər

Orphus sistemi