"Şkupi"nin yeni transferi: "Neftçi" ilə matçda turu keçmək istəyirik"

"Şkupi"nin yeni transferi: "Neftçi" ilə matçda turu keçmək istəyirik" "Üç ildən sonra"Şkupi"yə qayıtdım. Klub rəhbərliyi ilə danışdım, titul qazanmaq üçün yaxşı komanda formalaşdırmaq istədiklərini dedilər. Mən də bu layihəni bəyəndim".
Futbol
12 Avqust , 2020 13:21
Şkupinin yeni transferi: Neftçi ilə matçda turu keçmək istəyirik

"Üç ildən sonra "Şkupi"yə qayıtdım. Klub rəhbərliyi ilə danışdım, titul qazanmaq üçün yaxşı komanda formalaşdırmaq istədiklərini dedilər. Mən də bu layihəni bəyəndim". 

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniya təmsilçisi "Şkupi"nin yeni transferi Filip Qliqorov klubun rəsmi saytına açıqlamasında deyib. 

27 yaşlı müdafiəçi "Neftçi" ilə matç barədə qısa danışıb. Qliqorov turu keçmək istədiklərini söyləyib: "Start heyətdə yer almaq üçün əlimdən gələni edəcəyəm. Çünki rəqabətin olduğunu görürəm".  

Qeyd edək ki, “Neftçi” – “Şkupi” matçı avqustun 27-də Bakıda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək. "Şkupi" daha əvvəl Azərbaycan millisinin futbolçusu Elvin Yunuszadəni heyətinə qatıb. 

Son xəbərlər

Orphus sistemi