"Şkupi"nin baş məşqçisi: "Bütün diqqətimiz "Neftçi" ilə oyuna yönəlib"

"Şkupi"nin baş məşqçisi: "Bütün diqqətimiz "Neftçi" ilə oyuna yönəlib" "Hər şeydən əvvəl futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Qeyd etmək istəyirəm ki, səfərdə keçirilən heç bir oyun asan ola bilməz".
Futbol
699
22 Avqust , 2020 12:14
Şkupinin baş məşqçisi: Bütün diqqətimiz Neftçi ilə oyuna yönəlib
Muarrem Bayrami

"Hər şeydən əvvəl futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Qeyd etmək istəyirəm ki, səfərdə keçirilən heç bir oyun asan ola bilməz".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Makedoniya "Şkupi"sinin baş məşqçisi Muarrem Bayrami ölkə çempionatının III turunda "Belasitsa" komandasına 2:0 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.

O bildirib ki, ilk hissədə 100 faizli qol imkanları olsa da, bundan yararlana bilməyiblər. O, son dəqiqələrdə vurulan qollarla qazandıqları 3 xala görə məmnun olduqlarını vurğulayıb.

Bayrami artıq bütün diqqətlərinin "Neftçi"ilə görüşə yönəldiyini söyləyib: "Bu gündən Bakıda baş tutacaq oyunun hazırlıqlarına başlayırıq".

Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Şkupi" matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi