"Şkendiya"nın kapitanı: "Biz "Sumqayıt"dan daha güclüyük"

"Şkendiya"nın kapitanı: "Biz "Sumqayıt"dan daha güclüyük" "Bu oyuna kifayət qədər yaxşı hazırlaşmışıq. Rəqibimiz yetərincə güclüdür. Amma biz daha güclüyük. Komanda şəklində oyun sərgiləyərək, mərhələ keçməyə çalışacağıq".
Futbol
969
26 Avqust , 2020 21:28
Şkendiyanın kapitanı: Biz Sumqayıtdan daha güclüyük

"Bu oyuna kifayət qədər yaxşı hazırlaşmışıq. Rəqibimiz yetərincə güclüdür. Amma biz daha güclüyük. Komanda şəklində oyun sərgiləyərək, mərhələ keçməyə çalışacağıq". 

"Report"un məlumatına görə, bunu Şimali Makedoniya "Şkendiya"sının müdafiəçisi Eqzon Beytulay "Sumqayıt"la keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.

26 yaşlı kapitan bildirib ki, avrokubok təcrübəsindən əlavə, hazırlıq səviyyələri onlara mərhələ adlamaqda yardımçı ola bilər: "Sumqayıt"ın evdə oynamasının üstünlük olduğunu deməklə nəyi nəzərdə tutduğunuzu bilmirəm. Oyun 90 dəqiqədir və hamının imkanları bərabərdir. Hazırlıq səviyyəmiz və avrokubok təcrübəmizi üstünlüyümüz sayırıq".

Qeyd edək ki, avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" matçı saat 20:00-da başlanacaq.  

Son xəbərlər

Orphus sistemi