Azərbaycan millisinin baş məşqçisi: "Qrupumuzdakı rəqiblər bizi həyəcanlandırır"

Azərbaycan millisinin baş məşqçisi: "Qrupumuzdakı rəqiblər bizi həyəcanlandırır" "Qrupumuzda fərqli regionlardan yığmalar var. Bu, bizi həyəcanlandırır. Çünki evdə və ya səfərdə oynamağımızdan asılı olmayaraq, çox şey öyrənəcəyik"
Futbol
16 Sentyabr , 2021 12:43
Azərbaycan millisinin baş məşqçisi: Qrupumuzdakı rəqiblər bizi həyəcanlandırır

"Qrupumuzda fərqli regionlardan yığmalar var. Bu, bizi həyəcanlandırır. Çünki evdə və ya səfərdə oynamağımızdan asılı olmayaraq, çox şey öyrənəcəyik".

"Report"un məlumatına görə, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov 2023-cü il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları öncəsi FIFA-ya açıqlamasında deyib.

34 yaşlı mütəxəssis bildirib ki, E qrupunda yer alan yığmalardan Danimarka və Rusiya son illərdə nəyə qadir olduqlarını göstəriblər: "Digər rəqiblər - Bosniya və Herseqovina, Malta və Monteneqro da eyni dərəcədə təcrübəlidir. Qarşıdakı oyunlardan böyük təcrübə toplayacağıq ki, bu da çox yaxşıdır, komandamız üçün vacibdir. İkinci önəmli məqam futbolçularımızın digər oyunçularla ünsiyyət qura bilmələridir".

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçını sentyabrın 17-də səfərdə Rusiyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi