"Sivassspor"un prezidentindən Azərbaycana dəstək

"Sivassspor"un prezidentindən Azərbaycana dəstək Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz Azərbaycana dəstək olub.
Futbol
761
6 Noyabr , 2020 11:52
Sivasssporun prezidentindən Azərbaycana dəstək
Mecnun Otyakmaz
0 : 00
0 : 00

Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz Azərbaycana dəstək olub.

"Report" xəbər verir ki, 55 yaşlı funksioner bu barədə UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bildirib.

Otyakmaz Azərbaycanın Türkiyə ilə dost və qardaş ölkə olduğunu söyləyib: "Azərbaycanın mübarizəsində daim onlarla birlikdəyik. Allah ədalətli olanın və haqlının yanındadır. "Qarabağ" klubuna da uğurlar arzulayıram".

Qeyd edək ki, qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da olacaq. Ağdam klubu ölkədəki hərbi vəziyyətə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Son xəbərlər

Orphus sistemi