"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"

"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi" "UEFA Avropa Liqasına yaxşı başladıq. İlk matçda "Vilyarreal"a 3:5 hesabı ilə uduzsaq da, səfərdə 3 qol vurmağımız bizim turnirdə yaxşı işlər görə biləcəyimizin sübutudur".
Futbol
469
2 Dekabr , 2020 23:18
Sivassporun prezidenti: Qarabağ üzərində qələbələr bizi xilas etdi
Mecnun Otyakmaz

"UEFA Avropa Liqasına yaxşı başladıq. İlk matçda "Vilyarreal"a 3:5 hesabı ilə uduzsaq da, səfərdə 3 qol vurmağımız bizim turnirdə yaxşı işlər görə biləcəyimizin sübutudur".

"Report"un məlumatına görə, bunu Türkiyə "Sivasspor"unun prezidenti Mecnun Otyakmaz Avropa Liqasının I qrupunun V turunda İspaniya "Vilyarreal"ı ilə ev oyunundan öncə klubun rəsmi telekanalına açıqlamasında deyib.

Funksioner son iki matçın olduqca önəmli olduğunu bildirib: "Qarabağ"la oyunlardakı qələbələr bizi xilas etdi. İndi son iki qarşılaşmanı düşünməliyik. Təəssüf ki, "Vilyarreal"la görüş komandada koronavirusa yoluxma hallarının çox olduğu dövrə təsadüf etdi. Sağalan futbolçularımız var. Çətin oyun olacaq. Əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, dekabrın 3-də keçiriləcək "Sivasspor" - "Vilyarreal" matçı Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. Qrupunda digər oyununda "Qarabağ" İstanbulda İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi