"Sivasspor"un prezidenti: "Önəmli olan 3 xal qazanmaq idi"

"Sivasspor"un prezidenti: "Önəmli olan 3 xal qazanmaq idi" "Stressli oyun idi. Koronavirus xəstələrinin sayının çox olması və zədəlilərin durumu bizi qorxudurdu. Birinci hissə narahatlığımızın nə qədər haqlı olduğunu göstərdi".
Futbol
421
27 Noyabr , 2020 00:54
Sivassporun prezidenti: Önəmli olan 3 xal qazanmaq idi
Mecnun Otyakmaz

"Stressli oyun idi. Koronavirus xəstələrinin sayının çox olması və zədəlilərin durumu bizi qorxudurdu. Birinci hissə narahatlığımızın nə qədər haqlı olduğunu göstərdi".

"Report"un məlumatına görə, bunu Türkiyə "Sivasspor"unun prezidenti Mecnun Otyakmaz UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda İstanbulda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Funksioner ikinci hissədəki taktiki dəyişikliklərdən sonra konsentrasiyanı itirmədiklərini bildirib: "Hesabda geri olmağımıza baxmayaraq, təcrübəli Aruna Konenin qolu ilə qələbə qazanıdq. Əsas olan 3 xal qazanıb, şansımızı davam etdirmək idi. Bunu bacardığımız üşün xoşbəxtik".

Otyakmaz qonaqpərvərliyə görə Azərbaycan təmsilçisinə təşəkkür edib: "İstanbulda oynamağımıza baxmayaraq, bizi yaxşı qarşıladılar. Hər iki tərəf "bir millət, 2 dövlət" şüarını boşa çıxarmır".

Son xəbərlər

Orphus sistemi