"Sivasspor"un hücumçusu: "Qrupdan çıxacağımıza inanıram"

"Sivasspor"un hücumçusu: "Qrupdan çıxacağımıza inanıram" "Rəqiblərimiz rəqabət qabiliyyəti olan komandalardır. Bizim üçün çətin qrup olacaq. Növbəti mərhələyə vəsiqə qazanacağımıza inanıram".
Futbol
1096
9 Oktyabr , 2020 20:26
Sivassporun hücumçusu: Qrupdan çıxacağımıza inanıram

"Rəqiblərimiz rəqabət qabiliyyəti olan komandalardır. Bizim üçün çətin qrup olacaq. Növbəti mərhələyə vəsiqə qazanacağımıza inanıram".

"Report" "Ajansspor"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"la birlikdə Avropa Liqasının I qrupunda mübarizə aparacaq Türkiyənin "Sivaspor" klubunun futbolçusu Aruna Kone rəqiblər haqqında danışarkən deyib.

37 yaşlı hücumçu turnirə yaxşı hazırlaşdıqlarını bildirib: "Son tura qədər bu komandaları keçmək üçün əlimizdən gələni edəcəyik. "Vilyarreal" qrupda favoritdir. Hər matç üçün böyük istəklə meydanda olacağıq. Komandamız ilk dəfə Avropa Liqasında mübarizə aparır. Bu səbəbdən çox həyəcanlıyıq və uğur qazanmaq istəyirik. Rəqibin kim olacağı fərq etmir, maksimum xallar toplamağa çalışacağıq".

Qeyd edək ki, "Qarabağ"ın "Sivaspor"la ilk oyununu noyabrın 5-də Türkiyədə, təkrar qarşılaşmasını isə noyabrın 26-da Bakıda keçirəcək.

Son xəbərlər

Orphus sistemi