"Sivasspor"un futbolçuları koronavirusa yoluxdu

"Sivasspor"un futbolçuları koronavirusa yoluxdu UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.
Futbol
303
9 Dekabr , 2020 11:58
Sivassporun futbolçuları koronavirusa yoluxdu

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubunun daha üç futbolçusunda koronavirus aşkarlanıb.

"Report" klubun rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, onlardan 2-si daha əvvəl koronavirusa yoluxan və karantin müddətini başa vuranlardır.

Hər üç oyunçu əsas komandadan təcrid edilib.

Qeyd edək ki, "Sivasspor" qrup mərhələsinin sonuncu - VI turunda İsraildə "Makkabi" (Təl-Əviv) komandası ilə üz-üzə gələcək. Dekabrın 10-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. "Qarabağ"ın İspaniya "Vilyarreeal"ı ilə səfər matçı Azərbaycan təmsilçisinin heyətində kütləvi yoluxma olduğu üçün baş tutmayacaq.

Son xəbərlər

Orphus sistemi