"Sivasspor"un futbolçusu: "Qarabağ"la oyuna qələbə üçün çıxacağıq"

"Sivasspor"un futbolçusu: "Qarabağ"la oyuna qələbə üçün çıxacağıq" "Azərbaycan qardaş ölkədir. Onların yanındayıq və bu, hər zaman belə olacaq".
Futbol
424
4 Noyabr , 2020 16:09
Sivassporun futbolçusu: Qarabağla oyuna qələbə üçün çıxacağıq

"Azərbaycan qardaş ölkədir. Onların yanındayıq və bu, hər zaman belə olacaq".

"Report"un məlumatına görə, bu fikirləri "Sivasspor"un futbolçusu Uğur Çiftçi UEFA Avropa Liqasında I qrupun III turunun "Qarabağ"la oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

28 yaşlı müdafiəçi meydana qələbə üçün çıxacaqlarını söyləyib: "Yaxşı oynayan qələbə qazanacaq. Ümid edirəm ki, sevinən tərəf biz olacağıq və bunun davamını növbəti matçlarda gətirəcəyik".

Təcrübəli oyunçu bildirib ki, "Qarabağ"la görüş uğurlu seriyanın başlanğıcı olacaq: "Biz bütün matçlarda meydana 3 xal üçün çıxırıq. Yaxşı oynadığımız matçlarda uduzmaq bizi məyus edir. Açığı, qrafik sıx olduğundan üzülməyə vaxt olmur. Vəziyyəti düzəltməyə çalışırıq. "Qarabağ"ı hər iki oyunda udsaq, üstünlük bizə keçəcək. Sabahkı oyun qələbəmizin başlanğıcı ola bilər. Keyfiyyətli komandamız var. Yuxarı yerlər uğrunda mübarizə apara bilərik".

Qeyd edək ki, noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi