"Sivasspor"un baş məşqçisi: "Türkiyə üçün önəmli qarşılaşma idi"

"Sivasspor"un baş məşqçisi: "Türkiyə üçün önəmli qarşılaşma idi" "Qələbə qazandığımız üçün xoşbəxtik. Həm bizim, həm də Türkiyə üçün önəmli qarşılaşma idi".
Futbol
6 Noyabr , 2020 00:23
Sivassporun baş məşqçisi: Türkiyə üçün önəmli qarşılaşma idi
Rıza Çalımbay

"Qələbə qazandığımız üçün xoşbəxtik. Bu, həm özümüz, həm də Türkiyə üçün önəmli qarşılaşma idi".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyənin "Sivasspor" komandasının baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, oyun ərzində üstünlüyə sahib olublar: "İlk hissədə daha çox qol imkanları yaratdıq. Əvvəlki oyunlara tam heyətlə çıxa bilsəydik, daha fərqli "Sivasspor" görəcəkdiniz. Hələ heç nə bitməyib. Səfərdə yaxşı oynayırıq. Məqsədimiz qrupdan çıxmaqdır. İsraildə "Makkabi" (Təl-Əviv) komandasını məğlub edə bilərik. "Vilyarreal"la görüşdə nə olacağı bəlli deyil".

Son xəbərlər

Orphus sistemi