"Sivasspor" növbəti məğlubiyyətlə üzləşib, "Qarabağ" son pilləyə enib

"Sivasspor" növbəti məğlubiyyətlə üzləşib, "Qarabağ" son pilləyə enib UEFA Avropa Liqasının qrup mərhələsində II tura start verilib. "Report"un məlumatına görə, ilk olaraq, 6 qrupda 12 görüş keçirilib.
Futbol
29 Oktyabr , 2020 23:50
Sivasspor növbəti məğlubiyyətlə üzləşib, Qarabağ son pilləyə enib

UEFA Avropa Liqasının qrup mərhələsində II tura start verilib. "Report"un məlumatına görə, ilk olaraq, 6 qrupda 12 görüş keçirilib.

"Qarabağ"ın yer aldığı I qrupunda "Sivasspor" Türkiyədə İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 55-ci dəqiqədə meydan sahiblərindən Olarenvaju Kayode açıb. Lakin 65-ci dəqiqədə Samba Kamara penaltiyə səbəb olub və komandasını azlıqda qoyub. Dan Biton isə penaltini dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirib. Son nöqtəni isə 75-ci dəqiqədə Dor Perets qoyub.

Qrupun digər oyununda "Qarabağ" İspaniya "Vilyarreal"ına 1:3 hesabı ilə uduzub.

Bu nəticələrdən sonra "Vilyarreal" və "Makkabi" hərəyə 6 xalla liderliyini davam etdirib. Xalsız "Sivasspor" və "Qarabağ" isə 3-4-cü yerləri bölüşür.

Avropa Liqası
Qrup mərhələsi
II tur

G qrupu
21:55. AEK (Afina, Yunanıstan) – “Lester” (İngiltərə) - 1:2
21:55. “Zarya” (Ukrayna) – “Braqa” (Portuqaliya) - 1:2

Xal durumu: "Lester" - 6, "Braqa" - 6, "Zarya" - 0, AEK - 0

H qrupu
21:55. “Milan” (İtaliya) – “Sparta” (Praqa, Çexiya) - 3:0

21:55. “Lill” (Fransa) – “Seltik” (Şotlandiya) - 2:2

Xal durumu: "Milan" - 6, "Lill" - 4, "Seltik" - 1, "Sparta" - 0

I qrupu
21:55. “Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) - 1:3

21:55. “Sivasspor” (Türkiyə) – “Makkabi” (Təl-Əviv, İsrail) - 1:2

Xal durumu: "Vilyarreal" - 6, "Makkabi" - 6, "Sivasspor" - 0, "Qarabağ" - 0

J qrupu
21:55. LASK (Avstriya) – “Lüdoqorets” (Bolqarıstan) - 4:3

21:55. “Antverpen” (Belçika) – “Tottenhem” (İngiltərə) - 1:0

Xal durumu: "Antverpen" - 6, "Tottenhem" - 3, LASK - 3, "Lüdoqorets" - 0

K qrupu
21:55. MOİK (Moskva, Rusiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:0

21:55. “Feyenoord” (Niderland) – “Volfsberq” (Avstriya) - 1:4

Xal durumu: "Volfsberq" - 4, MOİK - 2, "Dinamo" - 2, "Feyenoord" - 1

L qrupu
21:55. “Gent” (Belçika) – “Hoffenhaym” (Almaniya) - 1:4

21:55. “Srvena Zvezda” (Serbiya) – “Slovan” (Liberets, Çexiya) - 5:1

Xal durumu: "Hoffenhaym" - 6, "Srvena Zvezda" - 3, "Slovan" - 3, Gent - 0

Son xəbərlər

Orphus sistemi