“Sivasspor” futbol üzrə Türkiyə Kubokunun qalibi olub

“Sivasspor” futbol üzrə Türkiyə Kubokunun qalibi olub Futbol üzrə Türkiyə Kubokunun qalibi məlum olub
Futbol
27 May , 2022 01:28
“Sivasspor” futbol üzrə Türkiyə Kubokunun qalibi olub

Futbol üzrə Türkiyə Kubokunun qalibi məlum olub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən final matçı “Sivasspor”un “Kayserispor” üzərində 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk yarısı "Kayserispor"un 1:0 hesablı qələbəsi ilə başa çatsa da, “Sivasspor” 60-cı dəqiqədə hesabı bərabərləşdirib. Sonrakı dəqiqələrdə qapılara qol vurulmayıb və qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.

Əlavə vaxta sürətli hücumlara başlayan “Sivasspor” 95-ci dəqiqədə Qradelin qolu ilə hesabda 2-1 önə keçib.

“Kayserispor” bu qola 107-ci dəqiqədə İlhan Parlakla cavab verib və matçda hesabı yenidən bərabərləşdirib.

“Sivasspor”un heyətində oyuna 111-ci dəqiqədə daxil olan Konate 113-cü dəqiqədə vurduğu qolla komandasını növbəti dəfə hesabda irəli çıxarıb.

Qalan hissədə qapılara qol vurulmayıb, bununla da “Sivasspor” qələbə qazanaraq kuboka sahib olub.

Son xəbərlər

Orphus sistemi