"Sivasspor" "Qarabağ"a cavab verdi

"Sivasspor" "Qarabağ"a cavab verdi "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyə "Sivasspor"u Ağdam klubunun paylaşımına cavab verib.
Futbol
2 Oktyabr , 2020 17:16
Sivasspor Qarabağa cavab verdi

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyə "Sivasspor"u Ağdam klubunun paylaşımına cavab verib.

"Report"un məlumatına görə, Superliqa təmsilçisi rəsmi "Twitter" səhifəsində Azərbaycan və Türkiyə bayraqlarını paylaşıb.

Fotonun üzərində isə bu sözlər yazılıb: "Qarabağ" FK, can qardaşlarımız, sizi Sivasda qonaq etməyi səbirsizliklə gözləyirik".

Qeyd edək ki, daha əvvəl "Qarabağ" öz "Facebook" səhifəsində "Can Türkiyəyə gəlməyimizi səbirsizliklə gözləyirik" paylaşımı edib.

Son xəbərlər

Orphus sistemi