"Simurq"un sabiq baş məşqçisi danışılmış oyunda günahlandırılır

"Simurq"un sabiq baş məşqçisi danışılmış oyunda günahlandırılır "Qəribədir ki, bu məlumat rəhbərlik müqaviləyə xitam verməyi təklif etdikdən sonra ortaya çıxdı. Burada nəsə düz deyil, elə deyilmi?"
Futbol
11 Avqust , 2022 13:30
Simurqun sabiq baş məşqçisi danışılmış oyunda günahlandırılır

"Qəribədir ki, bu məlumat rəhbərlik müqaviləyə xitam verməyi təklif etdikdən sonra ortaya çıxdı. Burada nəsə düz deyil, elə deyilmi?"

"Report"un məlumatına görə, bunu Rusiyanın "Ximki" klubundan gözlənilməz şəkildə ayrılmış "Simurq"un (Zaqatala) sabiq baş məşqçisi Sergey Yuran deyib.

Dünən Ximki klubu 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdiyini açıqlayıb. Xitamın səbəbi göstərilməsə də, Rusiya mətbuatında Yuran danışılmış oyunda günahlandırılır. Onun "Rostov" klubuna 2021/22 mövsümünün sonunda oyunu verməyi təklif etdiyi, əvəzində yeni mövsümdə onlara 6 xal verəcəyini söz verdiyi iddia olunur.

Məşqçi özü "Sport-Ekspress"ə müsahibəsində bunu təkzib edib: "Yazılanların hamısı cəfəngiyyatdır, cəfəngiyyat! Futbol dünyasında məni çoxları tanıyır. Və məni belə bir vəziyyətlə əlaqələndirmək üçün... Əgər kimsə mənə matçı verməyi təklif etsəydi, həmin adamın başı uçardı. Hamı bilir ki, mən belə oyunlarda yoxam".

Qeyd edək ki, Sergey Yuran hazırda mövcud olmayan Zaqatalanın "Simurq" klubuna 2011/12 mövsümündə baş məşqçilik edib.

Yuran bildirib. - Yazılanların hamısı cəfəngiyyatdır, cəfəngiyyatdır! Futbol dünyasında məni çoxları tanıyır. Və məni belə bir vəziyyətlə əlaqələndirmək üçün ... Əgər kimsə mənə matçı keçməyi təklif etsə, adamın başı uça bilər. Hamı bilir ki, mən belə oyunlar oynamıram.

Son xəbərlər

Orphus sistemi