​"Simurq" Almaniyanın "Duysburq" kollektivinə məğlub olub

​"Simurq" Almaniyanın "Duysburq" kollektivinə məğlub olub Oyun 4:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb
Futbol
16 Yanvar , 2015 07:45
​Simurq Almaniyanın Duysburq kollektivinə məğlub olub

Bakı. 16 yanvar. REPORT.AZ/ Antalyada qış təlim-məşq toplanışında olan "Simurq" ikinci yoxlama görüşünü keçirib.

"Report" klubun saytına istinadən xəbər verir ki, komandamızın rəqibi Almaniyanın "Duysburq" klubu olub.

"Sarı-qaralar"ın baş məşqçisi Georgi Çixradze qalib heyəti dəyişməzlər prinsipinə uyğun olaraq ilk görüşdəki 11-i meydana buraxıb. Yalnız yüksək temperatur səbəbindən bu oyunda forma geyinə bilməyən İlkin Qırtımovun əvəzinə Kənan Müslümova şans verilib.

Qarşılaşmada hesabı "Simurq" açıb. 23-cü dəqiqədə Samir Zərgərov dəqiq zərbə ilə komandamızı önə çıxardıb. Ancaq bu qoldan 5 dəqiqə sonra rəqib bərabərlik qolunu vurmağı bacarıb.

İkinci hissədə meydanda azlıqda qalan komandamız almanlar qarşısında tab gətirə bilməyib və oyun 4:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Son xəbərlər

Orphus sistemi