Simoen Slavçev: "Qarabağ"da oynamağa layiq olduğumu sübut etmək istəyirəm"

Simoen Slavçev: "Qarabağ"da oynamağa layiq olduğumu sübut etmək istəyirəm" Bakı. 4 noyabr. REPORT.AZ/ Qol vurmağım gözəl an idi, çox şadam. Həm mənim, həm də komanda yoldaşım Con Delarjın qolu bu gün bizə qələbə gətirdi.
Futbol
4 Noyabr , 2018 05:30
Simoen Slavçev: Qarabağda oynamağa layiq olduğumu sübut etmək istəyirəm

Bakı. 4 noyabr. REPORT.AZ/ "Qol vurmağım gözəl an idi, çox şadam. Həm mənim, həm də komanda yoldaşım Con Delarjın qolu bu gün bizə qələbə gətirdi".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Simeon Slavçev evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Bu yay keçdiyi Ağdam klubunda qol hesabını açan 25 yaşlı yarımmüdafiəçi fərqlənmək üçün məşqlərdə çox çalışdığını söyləyib:

"Bu qələbə ilə fanatlarımıza göstərmək istəyirdik ki, həqiqətən ümumi vəziyyəti düşünürük, nəzərə alırıq. Bilirik ki, vəziyyətimiz nə yerdədir. Azarkeşlərimizə bir daha göstərmək istəyirdik ki, qələbə istəyimiz tükənməyib. Biz də qalib gəlmək istəyirik".

Bolqarıstanlı oyunçu hazırda keçmiş klubu Portuqaliya "Sportinq"ini yox, yalnız "Qarabağ"ı düşündüyünü diqqətə çatdırıb:

"Hazırda diqqətimi daha çox "Qarabağ"a yönəltmişəm. Fikrim həm fanatlara, həm də məşqçi heyətinə sübut etməkdir ki, burda oynamağa layiqəm. Başqa bir şey haqda düşünmürəm. Yalnız "Qarabağ"a köklənmişəm".

Son xəbərlər

Orphus sistemi