Simeone Ronaldunun nalayiq hərəkətinə münasibət bildirib

Simeone Ronaldunun nalayiq hərəkətinə münasibət bildirib Atletikonun baş məşqçisi Diyeqo Simeone Yuventusun hücumçusu Kriştianu Ronaldunun Çempionlar Liqasının 1/8 final mərhələsinin Turində keçirilən cavab oyununda qazanılan qələbədən sonra (3:0) rəqib azarkeşlər önündə etdiyi nalayiq hərəkətə münasibət bildirib.
Futbol
328
13 Mart , 2019 07:49
Simeone Ronaldunun nalayiq hərəkətinə münasibət bildirib

"Atletiko"nun baş məşqçisi Diyeqo Simeone "Yuventus"un hücumçusu Kriştianu Ronaldunun Çempionlar Liqasının 1/8 final mərhələsinin Turində keçirilən cavab oyununda qazanılan qələbədən sonra (3:0) rəqib azarkeşlər önündə etdiyi nalayiq hərəkətə münasibət bildirib.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Ronaldunun bu hərəkətlə "Yuventus" kimi böyük klubun ruhunu nümayiş etdirdiyini bildirib.

"O, azarkeşləri düşünürdü və "Yuventus" kimi böyük bir klubun ruhunu nümayiş etdirdi", - Simeone qeyd edib.

Əslində isə Ronaldu "Atletiko" Madriddə Turin klubunun qapısına vurulan qolu qeyd edən zaman (2:0) Simeonenin etdiyi nalayiq hərəkətə cavab olaraq bu jesti etmişdi.

Son xəbərlər

Orphus sistemi