Şimali İrlandiya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb - SİYAHI

Şimali İrlandiya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb - SİYAHI 25 futbolçuya dəvət göndərilib
Futbol
173
29 May , 2017 16:21
Şimali İrlandiya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb - SİYAHI

Bakı. 29 may. REPORT.AZ/ Şimali İrlandiya milli komandasının Yeni Zelandiya ilə yoldaşlıq görüşü və Azərbaycanla 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb. 

"Report"un məlumatına görə, baş məşqçi Maykl O`Nil 25 futbolçuya dəvət göndərib.

Onlardan Şey Makkartan ilk dəfə, Adam Li Tompson isə 6 ildən sonra yığmaya çağırılıb. Əvəzində Ceymi Uord zədə, Konor Vaşinqton ailə məsələsinə görə qarşıdakı görüşü buraxmalı olacaq.

Qapıçılar: Maykl Makqovern ("Norviç Siti", İngiltərə), Alan Mannus ("Sent Cohnston", Şotlandiya), Roy Kerroll ("Linfild", Şimali İrlandiya)

Müdafiəçilər: Qaret Makauli ("Vest Bromviç", İngiltərə), Conni Evans ("Vest Bromviç", İngiltərə), Aaron Hyuz ("Harts", Şotlandiya), Kreyq Katkart ("Uotford", İngiltərə), Kris Brant ("Vest Bromviç", İngiltərə), Konor Maklaflin ("Flitvud Taun", İngiltərə), Li Hodson ("Reyncers", Şotlandiya), Rayan Maklaflin ("Oldhem", İngiltərə), Adam Li Tompson ("Sautend Yunayted", İngiltərə), Daniel Lafferti ("Şeffild Yunayted", İngiltərə), Tom Flanaqan ("Berton Albion", İngiltərə)

Yarımmüdafiəçilər: Stiven Devis ("Sauthempton", İngiltərə), Neyll Makginn ("Aberdin", Şotlandiya), Olli Norvud ("Brayton", İngiltərə), Şeyn Ferqyuson ("Milluoll", İngiltərə), Stüart Dallas ("Lids Yunayted", İngiltərə), Metti Land ("Berton Albion"), Pol Paton ("Sent Conston", Şotlandiya)

Hücumçular: Kayl Lafferti ("Norviç", İngiltərə), Coş Magennis ("Çarlton", İngiltərə), Liam Boys ("Ross Kaunti", Şotlandiya), Şey Makkartan ("Akkrinqton Stenli", İngiltərə) 

Qeyd edək ki, yoldaşlıq görüşü iyunun 2-də Belfastda, rəsmi oyun isə iyunun 10-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi