Şimali İrlandiya yığması Azərbaycan millisi ilə oyuna Türkiyədə hazırlaşacaq

Şimali İrlandiya yığması Azərbaycan millisi ilə oyuna Türkiyədə hazırlaşacaq Rəqib qonşu ölkədə dörd günlük təlim-məşq toplanışı keçəcək
Futbol
29 may 2017 11:30
Şimali İrlandiya yığması Azərbaycan millisi ilə oyuna Türkiyədə hazırlaşacaq

Bakı. 29 may. REPORT.AZ/ Futbol üzrə Şimali İrlandiya milli komandası Azərbaycan yığması ilə iyunun 10-da keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə matçına hazırlığın ilkin mərhələsini başa vurub.

"Report"un məlumatına görə, Maykl O`Nilin baş məşqçi olduğu kollektiv İngiltərənin Mançester şəhərində təlim-məşq toplanışında olub. Toplanışda Premyer Liqada çıxış edən oyunçular yer almayıb.

Şimali İrlandiya millisi iyunun 2-də Yeni Zelandiya ilə yoldaşlıq görüşü keçirəcək. Oyun Belfastdakı "Windsor Park"da olacaq. Bundan sonra O`Nilin komandası Türkiyəyə yollanaraq, 4 günlük hazırlıq keçəcək. Məqsəd Azərbaycan şəraitinə uyğun hazırlıq keçməkdir.

Qeyd edək ki, Şimali İrlandiya ilə oyun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Görüş saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi