Şimali İrlandiya yığmasının baş məşqçisi: "Yaxşı komandaya qarşı oynadıq"

Şimali İrlandiya yığmasının baş məşqçisi: "Yaxşı komandaya qarşı oynadıq" Maykl O`Nil: "Çətin oyun oldu"
Futbol
10 İyun , 2017 22:20
Şimali İrlandiya yığmasının baş məşqçisi: Yaxşı komandaya qarşı oynadıq
Report.az

Bakı. 10 iyun. REPORT.AZ/ “Çətin oyun oldu. Yaxşı komandaya qarşı oynadıq. Robert Prosineçki yaxşı kollektiv formalaşdırıb. Vacib olan qol vurmaq idi, buna nail olduq. Altı futbolçumuz müxtəlif səbəblərdən yox idi. Buna baxmayaraq vacib olan nəticəni qazandıq.”

“Report”un məlumatına görə, bunu futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Azərbaycan millisini 1:0 hesab ilə məğlub edən Şimali İrlandiya yığma komandasının baş məşqçisi Maykl O`Nil oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.

- Namiq Ələsgərova qarşı kobudluq olsa da, hakim qeydə almadı. Referidən razı qaldınız?

- Hakimlərdən çox razı qaldım. Həmin epizod cərimə meydançasından kənarda idi. Ona görə də şərh verməyə gərək görmürəm.

- Azərbaycan bu gün daha üstün futbol sərgilədi. Hesabı ədalətli hesab edirsiniz?

- Yaxşı oyun oldu. İlk hissədə bizim də qol epizodlarımız vardı. Qrupda lider Almaniya yığmasıdır. Çalışacağıq ki, 2-ci yer bizim olsun.

- Belfastla Bakıdakı oyun arasında nə fərq vardı?

- Belfastdakı matçda rəqibin bu qədər ötürmələri olmamışdı. Topa sahib olmada üstün idilər. Lakin əsas olan qol idi, bunu da bacardıq.

- Hesab 0:0 olsaydı, nəticə sizi qane edəcəkdi?

- Qalib gəldiyimiz üçün xoşbəxtəm. Lakin heç-heçəyə də qane olardım.

- Azərbaycan millsinin futbolçularında kimləri qeyd edərdiniz?

- Çox gözəl kapitanınız var. Riçard Almeyda böyük rol oynadı. Qara Qarayevi, Ramil Şeydayevi də qeyd edərdim. İnanıram ki, Azərbaycan bu heyətlə gələcəkdə uğur qazanacaq.

Son xəbərlər

Orphus sistemi