Silvio Berluskoni "Milan" klubuna qayıdacağını istisna edib

Silvio Berluskoni "Milan" klubuna qayıdacağını istisna edib "Klubun satışı ağrılı seçimdir, lakin bu, zəruri idi"
Futbol
8 Yanvar , 2018 19:08
Silvio Berluskoni Milan klubuna qayıdacağını istisna edib

Bakı. 8 yanvar. REPORT.AZ/ İtaliya “Milan”ının sabiq prezidenti Silvio Berluskoni kluba qayıdacağını istisna edib.

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, 82 yaşlı sabiq funksioner bunun mümkünsüz olduğunu açıqlayıb.

“Heç kimin ümidə qapılmasını istəmirəm. Klubun satışı ağrılı seçimdir, lakin bu, zəruri idi. “Milan” hazırda olduğu 9-cu yeri tutsa belə, hər zaman ürəyimdədir”, - S.Berluskoni deyib.

Qeyd edək ki, S.Berluskoni “Milan”ın səhmlərini 20 fevral 1986-cı ildə əldə edib. Klub onun dönəmində 8 dəfə İtaliya çempionu olub, 5 dəfə Çempionlar Liqasını qazanıb. Sabiq nazir 2016-cı ildə səhmlərə nəzarət paketini 740 milyon avroya çinli investorlara satıb.

Son xəbərlər

Orphus sistemi