Silvio Berluskoni: "Komandamızda saqqallı futbolçuların olmasını istəmirik"

Silvio Berluskoni: "Komandamızda saqqallı futbolçuların olmasını istəmirik" Bakı. 21 fevral. REPORT.AZ/ İtaliyanın “Montsa” futbol klubunun sahibi olan Silvio Berluskoni hədəfləri barədə danışıb.
Futbol
100
21 Fevral , 2019 16:39
Silvio Berluskoni: Komandamızda saqqallı futbolçuların olmasını istəmirik
Davydov-index.livejournal.com
0 : 00
0 : 00

Bakı. 21 fevral. REPORT.AZ/ İtaliyanın “Montsa” futbol klubunun sahibi olan Silvio Berluskoni hədəfləri barədə danışıb.

"Report" LA7-yə istinadən xəbər verir ki, 83 yaşlı funksioner yeni kollektivi "Milan"ın sabiq vitse-prezindenti Adriano Qalliani ilə birgə idarə etdiyini deyib. 

O, nümunəvi komanda yaratmaq istədiklərini vurğulayıb: "İtaliyalı gənc oyunçuların komandamızda çıxış etmələrini istəyirik. Normal saç kəsimli olmalı, saqqalları, döymələri və pirsinqi olmamalıdır. Səhv etsələr, üzr istəməlidirlər və hər zaman hakimə hörmətlə yanaşmalıdırlar. Məqsədimiz əvvəlcə B, sonra isə A Seriyasına daxil olmaqdır. Başqaları üçün nümunə ola biləcək bir kollektiv istəyirik".

Qeyd edək ki, Silvio Berluskoni 1986 - 2017-ci illərdə “Milan”ın sahibi olub. Onun dövründə klub 8 dəfə İtaliya çempionuluğunu və 5 dəfə Çempionlar Liqasını qazanıb. Berluskoni klubu 2017-ci ildə 860 milyon dollara çinli investorlara satıb. “Montsa” hazırda C Seriyasında çıxış edir. 

Son xəbərlər

Orphus sistemi