Ramil Şeydayev Aleksandr Səmədovla birgə BƏƏ-yə yollanıb

Ramil Şeydayev Aleksandr Səmədovla birgə BƏƏ-yə yollanıb Bakı. 14 yanvar. REPORT.AZ/ Rusiyanın Krılya Sovetov klubu təlim-məşq toplanışı üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıb.
Futbol
14 Yanvar , 2019 12:01
Ramil Şeydayev Aleksandr Səmədovla birgə BƏƏ-yə yollanıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Rusiyanın "Krılya Sovetov" klubu təlim-məşq toplanışı üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, Samara təmsilçisinin baş məşqçisi Miodraq Bojoviç hazırlıq prosesində 26 futbolçunun xidmətinə ehtiyac duyub. Siyahıda Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yanaşı, yeni transfer Aleksandr Səmədov da yer alıb.

Qeyd edək ki, "Krılya Sovetov" BƏƏ-də yanvarın 27-dək olacaq. Komanda yanvarın 22-də Slovakiya "Jilina"sı, yanvarın 26-da isə Latviya "Riqa"sı ilə qarşılaşacaq. Rusiya təmsilçisi bu ölkədəki hazırlıq prosesini yekunlaşdırdıqdan sonra Türkiyəyə yollanacaq.

Son xəbərlər

Orphus sistemi