Şeydayev millinin oyunundan dərhal sonra "Qarabağ"da məşqlərə qoşulub

Şeydayev millinin oyunundan dərhal sonra "Qarabağ"da məşqlərə qoşulub Şahruddin Məhəmmədəliyev isə yığmadan ağrılarla qayıdıb
Futbol
15 Noyabr , 2021 16:46
Şeydayev millinin oyunundan dərhal sonra Qarabağda məşqlərə qoşulub

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Qarabağ"ın heyətində kollektiv məşqlərə qoşulub.

Ağdam təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yığmadan qayıdan digər üzvləri yalnız bərpa məşqi ilə kifayətlənib. Şeydayev isə dərhal komanda ilə toplu çalışmalarda iştirak edib.

Klub rəsmisi milli üzvlərindən qapıçı Şahruddin Məhəmmədəliyevin çiynində ağrıların olduğunu da bildirib: "Bu, mikrozədədir. Ciddi bir şey yoxdur. Digər oyunçular isə istirahətdə idi. Təkcə Şeydayev hazırlığa qoşulub ki, bu da böyük ehtimalla, şəxsi istəyi ilə bağlı olub".

Qeyd edək ki, Azərbaycan millisi ötən gün yoldaşlıq oyununda Qətərlə heç-heçə edib - 2:2.

Son xəbərlər

Orphus sistemi